Xəbər lenti

Rusiya və Şimali Koreya dəniz nəqliyyatını bərpa edir
Dünya22:48 27.07.2025

Rusiya və Şimali Koreya dəniz nəqliyyatını bərpa edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya ilə Şimali Koreya arasında dəniz əlaqəsinin bərpası məsələsi nəzərdən keçirilir.
Qaynarinfo-nun "Report"a istinadən verdiyi məlumata görə, bunu Rusiya tərəfdən iki ölkə arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyaya rəhbərlik edən Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov deyib.
"Biz ölkələrimiz arasında istənilən əlaqə formalarını nəzərdən keçiririk”, - o deyib.
Qeyd olunur ki, Moskvadan Şimali Koreyanın paytaxtı Pxenyana ilk birbaşa reys bazar günü Moskva vaxtı ilə saat 19:00-da (Bakı vaxtı ilə 20:00) Şeremetyevo hava limanından yola düşəcək.