Xəbər lenti

Dünya 16:42 14.07.2023

Rusiya və Türkiyə arasında kritik anlaşma (ŞƏRH)

"Taxıl sazişinin uzadılması məsələsində uzlaşma əldə ediləcək”.
 
Bunu Qaynarinfo- ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu 3 gündən sonra Rusiya ilə taxıl sazişinin müddətinin başa çatması fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında danışıqların ola biləcəyi ilə bağlı yayılan məlumatları şərh edərkən deyib: 

"Ərdoğanla Putin arasında taxıl sazişi ətrafında danışıqların aparılacağı ilə bağlı müxtəlif informasiyalar dolaşmaqdadır. Həm Qərb, həm də Türkiyə mediasında bununla bağlı müəyyən xəbərlər verilir, informasiyalar sızdırılır. Belə vəziyyətdə, yaxın günlərdə Ankara ilə Moskva arasında taxıl danışıqları istiqamətində hər hansısa bir addımın atılacağını güman etmək olar.
 
Taxıl razılaşması məsələsində Rusiya ilə Türkiyə arasında hər hansı bir ziddiyyətli məqamın ortaya çıxacağını düşünmürəm. Çünki faktiki olaraq, bölgədə baş verən proseslər, Türkiyənin Rusiyaya münasibətdə hər zaman obyektiv mövqe sərgiləməsi, müəyyən mənada Moskvaya yönəlik referantlar etməsi bu məsələdə Kremlin daha adekvat davranmasını şərtləndirən amildir. Taxıl sazişinin müddətinin yenidən uzadılması ehtimalı daha böyükdür. Ola bilər danışıqlar prosesində müəyyən məqamlar ortaya çıxsın. Amma istənilən halda bu məsələdə uzlaşma mövqeyi tapılacaq”.

Qeyd edək ki, iyulun 17-də BMT, Türkiyə, Ukrayna və Rusiya arasında imzalanan taxıl sazişinin müddəti başa çatır. Bu fonda Rusiya əvvəlki tək yenə də özünü sazişin müddətinin artırılmasında maraqlı olmadığı kimi göstərməyə başlayıb.
 
Putin bildirib ki, Rusiya taxıl sazişini uzatmaq barədə düşünəcək. O taxıl sazişi çərçivəsində Rusiya üçün heç bir iş görülmədiyindən də gileylənərək, bu məsələni tək qapıya oynanılmış oyun adlandırıb. Rusiya prezidenti vurğulayıb ki, ölkəsi taxıl sazişini yalnız ona verilən vədlər yerinə yetirildikdə uzadacaq: 

"Rusiya taxıl sazişində iştirakını dayandıra və yalnız ona verilən vədlər yerinə yetirildikdə uzada bilər". 

Bu arada belə fikirlər də səslənir ki, sözügedən məsələ ilə bağlı olaraq yaxın 48 saat ərzində Ərdoğanla Putin arasında danışıqlar ola bilər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->