Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç görüş zamanı Qəzza zolağında dərhal atəşkəsin vacibliyini vurğulayıblar.
Qaynarinfo bu barədə TASS-a
istinadla xəbər verir.
"BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasında Yaxın Şərq məsələləri üzrə müzakirə olunan məsələlərə ətraflı şəkildə toxunulub, işğal olunmuş Fələstin ərazisində, ilk növbədə Qəzza zolağında zorakılığın artması vurğulanıb.
Hər iki tərəf təcili və geniş atəşkəs yolu ilə qan tökülməsinin dayandırılmasının vacibliyini vurğuladı”, deyə Rusiya diplomatik xidmətinin bəyanatında bildirilir.
Alpər