Xəbər lenti

Rusiya və Ukrayna müvəqqəti atəşkəs elan etdi (YENİLƏNİB)
Siyasət18:04 03.03.2022

Rusiya və Ukrayna müvəqqəti atəşkəs elan etdi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya və Ukrayna humanitar dəhlizlərin təşkili üçün müvəqqəti atəşkəslə bağlı razılığa gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak məlumat yayıb.
O qeyd edib ki, gözlənilən əsas nəticələr əldə olunmayıb.
"Tərəflər müvəqqəti atəşkəslə humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər”, - deyə Podolyak bildirib.
Görüşlərin üçüncü raundunun keçirilməsi planlaşdırılır.
 ****
Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak tviterdə yazıb.
Gündəmdə olan mövzular dərhal atəşkəs, barışıq, dağıdılmış və ya daim atəşə tutulan kənd və şəhərlərdən mülki əhalinin çıxarılması üçün humanitar dəhlizlərin açılmasıdır.