
Suriyaya 20 ton humanitar yardım aparan rus təyyarəsi geri qayıdarkən 89 rus vətəndaşını təxliyyə edib.
Qaynar.info-nun məlumatına görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmisi İrina Rossius verdiyi açıqlamasında Suriyanın Lazkiye şəhərinə humanitar yardım aparan təyyarənin ölkəyə qayıtmaq istəyən vətəndaşları təxliyyə etdiyini deyib.
Nazirlik rəsmisi onlardan 75-nin rus, qalanlarının isə keçmiş Sovet ölkələri vətəndaşları olduğunu bildirib.
Qaynar.info