Xəbər lenti

Rusiya vətəndaşlığını qəbul edənlərin sayı son üç ildə ilk dəfə azalıb
Dünya08:06 01.02.2023

Rusiya vətəndaşlığını qəbul edənlərin sayı son üç ildə ilk dəfə azalıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2022-ci ildə Rusiya vətəndaşlığını qəbul edən xarici vətəndaşların sayı 2021-ci illə müqayisədə 6,4% azalıb. Onların sayı 691 min nəfərdən çox olub.
Qaynarinfo xəbər verir ki, RBC-nın Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin statistikasına istinadən verdiyi məlumata görə, bir il əvvəl 735 mindən çox insana Rusiya vətəndaşlığı verilməsi barədə qərar qəbul edilib.
Nəşr aydınlaşdırır ki, 2022-ci ildə rusiyalı olanların əksəriyyəti Ukrayna vətəndaşlarıdır: demək olar ki, 297 min nəfər.
İkinci yerdə Tacikistan, üçüncü yerdə Ermənistan vətəndaşları olub.
İnsan Hüquqları üzrə Müvəkkil Tatyana Moskalkova daha əvvəl bildirmişdi ki, fevraldan bəri Ukraynadan Rusiyaya 5 milyon qaçqın gəlib ki, onların da 700 mindən çoxu uşaq olub.
Alpər