Vikipediyanın sahibi olan Wikimedia Fondu Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı məlumatların silinməsini tələb edən Moskva məhkəməsinin qərarından apelyasiya şikayəti verib.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, Moskva məhkəməsi müharibə haqqında dezinformasiya hesab etdiyi "Rusiyanın Ukraynaya müdaxiləsi”, "Rusiyanın Ukraynaya müdaxiləsi zamanı müharibə cinayətləri” və "Buçada qətliam" kimi məqalələri silməkdən imtina etdiyinə görə Wikimedia Fondunu 5 milyon rubl (88 min dollar)
cərimələyib.
"Bu qərar o deməkdir ki, Vikipediyada etibarlı və təsdiqlənmiş məlumat əgər Rusiya hökumət qərarlarına uyğun gəlmirsə, deməli, dezinformasiyadır", - Wikimedia Fondunun baş məsləhətçisi Stiven LaPorte açıqlamasında bildirib.
Vikipediya Moskvada media basqısından sonra ruslar üçün faktlarla yoxlanılan bir neçə əsas rusdilli məlumat mənbələrindən biridir.
"Hökumət böhran dövründə insanların həyatı üçün vacib olan məlumatları hədəf alıb. Biz məhkəməni hər kəsin bilik əldə etmək və ifadə azadlığı hüquqlarının lehinə işi yenidən nəzərdən keçirməyə çağırırıq”,- Laporte deyir.
Moskva məhkəməsi iddia edir ki, onun Vikipediyada dezinformasiya hesab etdiyi şey Rusiyada ictimai asayiş üçün risk yaradır.
Nurlan Hüseynov