
Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə keçiriləcək qış Olimpiya oyunları səbəbindən viza sistemini ləğv edən qərar qəbul edib.
Qaynar.info-nun məlumatına görə, qərara əsasən Olimpiadaya gələn idmançılar, məşqçilər, komanda üzvləri, xarici rəsmi heyət üzvləri və hakimlər Rusiyaya vizasız gələ biləcəklər.
Prezidentin qərarında, "Beynəlxalq idman yarışlarına qatılan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasına giriş-çıxışları beynəlxalq idman yarışları tərəfindən verilən akreditasiya sənədləri və şəxsiyyət kartlarına əsasən vizasız olaraq həyata keçiriləcək" deyilib.
Qaynar.info