Rusiya qüvvələri Xarkov vilayətindəki Volçanski aqreqat zavodunu geri ala bilər və ehtimal ki, Donetsk vilayətindəki Verxnekamenskoyeni işğal edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat
yayıb.
"Rusiya qoşunları oktyabrın 7, 8 və 9-da Xarkov vilayətinin şimalında davam edən hücum əməliyyatları fonunda bu yaxınlarda Volçanskın dərinliyinə doğru irəliləyib. Oktyabrın 7-də dərc edilmiş geolokasiya görüntüləri Rusiya əsgərinin Volçansk Aqreqat Zavodunun binasında Rusiya bayrağını qaldırdığını göstərir. Çox güman ki, Rusiya qoşunları zavodu ələ keçirib”, - analitiklərin hesabatında deyilir.
Oktyabrın 7, 8 və 9-da Rusiyanın bu ərazidə davam edən hücum əməliyyatları fonunda düşmən qoşunları da bu yaxınlarda Donetsk vilayətinin Seversk yaxınlığında irəliləyib. Oktyabrın 7 və 8-də yayılan geolokasiya görüntüləri göstərir ki, rus qoşunları bu yaxınlarda Qriqoryevkanın şərqinə (Severskdən şimal-şərq) və Verxnekamenskinin qərb hissəsinə (Severskdən şərq) doğru irəliləyib.
ISW analitiklərinin fikrincə, bu, rus qoşunlarının Verxnekamenskoyeni ələ keçirdiyini göstərir.
Qeyd edək ki, sentyabrın sonunda Ukrayna Baş Kəşfiyyat İdarəsinin əsgərləri Volçanskdakı aqreqat zavodunu ruslardan azad etmişdilər. Obyektin bütün 30 binası təmizləndikdən sonra zavodun ərazisi Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə verilmişdi.
Alpər
Şərhlər