Xəbər lenti

Rusiya: Wi-Fi şəbəkəyə pasport məlumatları ilə qoşulmaq qanunu
Dünya06:21 08.08.2014

Rusiya: Wi-Fi şəbəkəyə pasport məlumatları ilə qoşulmaq qanunu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın baş naziri Dmitri Medvedev ictimai Wi-Fi şəbəkələrinə qoşularkən anonimliyə qadağa qoyan sərəncam imzalayıb.

Qaynar.info BBC-Azərbaycan-a istinadla xəbər verir ki, sənədə görə, həmçinin operatorların abunəçiləri ilə- hüquqi və fiziki şəxslərlə iş sistemi dəyişib. Sonuncular ümumi qurğudan istifadə edəcək şəxslərin siyahısını təqdim etməlidir. Siyahıda şəxslərin soyadı, adı, atasının adı, pasport məlumatları və yaşayış yeri bildirilməlidir.

Operatorlar, həmçinin abunəçinin İnternetə qoşulmaq üçün istifadə etdiyi qurğunu da qeydə almalıdır.

Belə məlumatlar yarım il saxlanılmalı və hüquq-mühafizə orqanlarının tələbi ilə açıqlanmalıdır.

Qaynar.info