Rusiyada axtarış sistemlərindən Wikipediyanın Ukraynaya ilə bağlı "saxta xəbərlər” yayması barədə istifadəçiləri məlumatlandırması tələb olunacaq.
Qaynarinfo "The Moscow Times” saytına istinadla xəbər verir ki, bu barədə dövlət rabitə tənzimləyicisi Rozkomnadoz
bildirib.
Roskomnadzor may ayında Wikipediyadan Moskvanın Ukraynada "xüsusi hərbi əməliyyatı” adlandırdığı müharibə ilə bağlı "etibarsız məlumatı” silməsini tələb edib.
"Amerikanın qeyri-kommersiya təşkilatı Wikimedia-nın qeyri-qanuni məlumatları silməməsi səbəbindən Roskomnadzor, xarici qurumun Rusiya qanunvericiliyini pozduğuna dair istifadəçiləri məlumatlandıraraq internet axtarış sistemlərinə məcburi tədbir görmək qərarına gəlib”,- qurumun bəyanatında deyilir.
Kremlə yaxın olan Rusiya Təhlükəsiz İnternet Liqası bu həftə müxtəlif platformalarda, o cümlədən Wikipedia-da Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı "saxta xəbərlər” yayan 16,6 milyon yazı aşkar etdiyini bildirib.
"Bu, YouTube, Twitch, TikTok və Wikipedia-da baş verir",- qeyri-kommersiya təşkilatının rəhbəri Yekaterina Mizulina deyib.
"Uşaqlar zərərsiz videolara baxmaq üçün bu saytlara girirlər və onlar zorakılıq və qəddarlıq, xüsusi əməliyyatla bağlı saxtakarlıqlar, ölkəmiz haqqında açıq-aşkar yalanlar əks etdirən çoxlu videolarla qarşılaşırlar. Bu cür məzmun uşaqların psixikası üçün təhlükəlidir", - Yekaterina Mizulina bildirib.
Wikimedia fevralın 24-də işğalın başladığı gündən Rusiya tərəfindən ümumilikdə 5 milyon rubl (91 min dollar) məbləğində cərimələnib.
Nurlan Hüseynov