Xəbər lenti

Rusiya “xarici agent” siyahısına saldığı rusların əmlakını müsadirə etməyə hazırlaşır
Dünya08:56 17.01.2023

Rusiya “xarici agent” siyahısına saldığı rusların əmlakını müsadirə etməyə hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Milli Tarixi İrsin Qorunması Fondu Dövlət Dumasının sədri Vyaçeslav Volodinə xarici agentlərin reyestrinə daxil edilmiş vətəndaşların əmlakının dövlət gəlirləri üçün müsadirə edilməsi təşəbbüsü ilə müraciət göndərib.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS sənədin mətninə istinadən məlumat yayıb.
Müraciətdə deyilir ki, belə bir təşəbbüs "Rusiya Federasiyasının bir çox vətəndaşları tərəfindən dəstəklənir”. Sənədin müəllifləri Rusiya Federasiyasının Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsini təklif edirlər.
Bununla belə, fondun rəhbəri Aleksandr Karabanov agentliyə bildirib ki, təşəbbüsün həyata keçirilməsi "şüurlu mövqeyi olmayan və fikirləri Qərb mediasının və ya "fikir liderlərinin” təsiri altında zədələnmiş və xarici kəşfiyyat xidmətlərinin maraqları üçün işləyən vətəndaşlar kateqoriyası üçün "düşünülməmiş hərəkətlərə qarşı effektiv filtrə” çevrilməlidir.
Xatırladaq ki, bundan əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin nasizm, ekstremizmin reabilitasiyası və RF Silahlı Qüvvələrinin nüfuzdan salınması ilə bağlı qanunlara uyğun hərəkətlərə görə ölkəni tərk etmiş Rusiya vətəndaşlarının əmlakının müsadirə edilməsini təklif etmişdi.
Alpər