Xəbər lenti

Rusiya Xarkovdan 60 km məsafədə "İsgəndər" raketləri yerləşdirib
Dünya10:31 24.04.2022

Rusiya Xarkovdan 60 km məsafədə "İsgəndər" raketləri yerləşdirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Xarkov vilayəti istiqamətində Belqorod vilayətində əlavə hissələrin köçürülməsi və cəmlənməsi ilə qoşun qruplaşması toplayır.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, mövcud məlumatlara əsasən, "İsgəndər-M” buraxılış qurğuları Ukraynanın dövlət sərhədindən 60 km aralıda yerləşdirilib: "Düşmən Xarkov şəhərinin qismən blokadasını davam etdirir, qoşunlarımızın bölmələrini və mühüm infrastruktur obyektlərini atəşə tutur. Ukrayna qüvvələrinin Korotiçi qəsəbəsi ərazisində hərəkətini çətinləşdirmək üçün düşmən ərazini uzaqdan minalayıb.
İşğalçılar Kurulka və Novaya Dmitrovka yaşayış məntəqələri rayonlarında qoşunlarımızın mövqelərini atəşə tutur, "Orlan-10” PUA-dan istifadə etməklə Barvenkovo, Kurulka və yaşayış məntəqələri rayonlarında Ukrayna Silahlı Qüvvələrinin mövqelərinin havadan kəşfiyyatını həyata keçirirlər".
Aydın