Xəbər lenti

Rusiya xəbərdarlıq etdi: ABŞ mediası ölkədən çıxarılacaq - Reuters
Dünya08:57 07.06.2022

Rusiya xəbərdarlıq etdi: ABŞ mediası ölkədən çıxarılacaq - Reuters

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Moskvadakı ABŞ mediasına xəbərdarlıq edib ki, onlar akkreditasiyalarını itirəcəklər. 
Qaynarinfo "Reuters” xəbər agentliylinə istinadla xəbər verir ki, bu barədə agentliyə gizli mənbələr məlumat verib. 
Məsələdən xəbəri olan üç mənbəyə görə, Rusiya ABŞ xəbər təşkilatlarına xəbərdarlıq edib ki, Amerikada rus jurnalistlərə münasibət yaxşılaşmasa, onların Rusiyada akkreditasiyadan məhrum edilmə riski var.
Fevralın 24-də Rusiya Ukraynanı işğal etdikdən sonra bəzi Rusiya dövlət mediasının ABŞ-da və bəzi digər Qərb ştatlarında yayım lisenziyalarını geri alınıb və nəşrlərə sanksiya tətbiq etməklə fəaliyyətinin qarşısı alınıb. 
Rusiya bu addımları media azadlığına qarşı basqı hesab edir. 
Vladimir Putin mart ayında hərbi qüvvələr haqqında qəsdən "saxta” xəbərlər yaymağa görə 15 ilə qədər həbs cəzası nəzərdə tutan qanunu imzalayıb və bu, bəzi Qərb KİV-lərini öz jurnalistlərini Rusiyadan çıxarmağa sövq edib.
Rusiya XİN sözçüsü Mariya Zaxarova rusiyalı jurnalistlərin Amerikada vizaların uzadılması, bloklanmış bank hesabları və ABŞ kəşfiyyat orqanları tərəfindən iddia edilən təqiblərlə bağlı çətinliklər yaşadığını bildirib. 
Zaxarova xəbərdarlıq edib ki, əgər rusiyalı jurnalistlər ABŞ-da sərbəst işləyə bilmirlərsə, onların Rusiyadakı müxbirləri də vizaları, media akkreditasiyası və bank hesabları ilə bağlı oxşar çətinliklərlə üzləşmək riski daşıyırlar.
O, ABŞ media nümayəndələrinə deyib ki, əgər vəziyyət dəyişməsə, ABŞ jurnalistləri ölkədən getməli olacaq. O, əlavə edib ki, Rusiya bunu etmək istəmir, lakin rusiyalı jurnalistlərin vəziyyəti ucbatından buna məcbur olub.
Vaşinqton Rusiyanın Ukraynada müharibəsini dəstəkləmək üçün dezinformasiya yayan bəzi dövlət televiziyalarına qarşı sanksiyalar tətbiq edib.
Nurlan Hüseynov