Xəbər lenti

Rusiya xəbərdarlıq etdi: Kiyevdəki hərbi obyektlər vurulacaq
Dünya11:10 14.04.2022

Rusiya xəbərdarlıq etdi: Kiyevdəki hərbi obyektlər vurulacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna təxribatçı fəaliyyətlərinə davam etsə, Rusiya Kiyevdəki qərarverici mərkəzlərə zərbələr endirəcək.
Qaynarinfo TASS xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Naziri sözcüsü İqor Konaşenkov deyib.
"Biz görürük ki, Ukrayna qüvvələri Rusiyada təxribatçı fəaliyyətlər həyata keçirməyə və obyektlərə hücum etməyə çalışır. Əgər bu cür addımlar davam etsə, Rusiya silahlı qüvvələri bu günə qədər etmədiyi şeyi edəcək və Kiyevdəkilər daxil olmaqla qərarverici mərkəzlərə zərbələr endirəcək”,- İqor Konaşenkov bildirib.
Nurlan Hüseynov