Xəbər lenti

Rusiya Xersonu nüvə silahı ilə vura bilərmi? - Politoloq
Dünya09:38 14.11.2022

Rusiya Xersonu nüvə silahı ilə vura bilərmi? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Xerson olayları fonunda açıqlama verərək, bəyan edib ki, ölkəsi hələ müharibədə bütün arsenalından yararlanmayıb: "Bütün ağlabatan insanlara aydın olan səbəblərə görə, Rusiya mümkün məhvetmə vasitələrinin bütün arsenalından hələ də istifadə etməyib. Həm də əhalinin məskunlaşdığı ərazilərdə yerləşən bütün mümkün düşmən hədəflərini vurmamışıq. Bu, təkcə bizə xas olan insani keyfiyyətlərlə bağlı deyil. Hər şeyin bir vaxtı var". 
D.Medvedyevin bu açıqlaması hansı anlama gəlir? Rusiya Xersona taktiki nüvə silahı ata bilərmi?
Politoloq Qabil Hüseynli Qaynarinfo-ya açıqlamasında Medvedyevin bu açıqlamasını qeyri-ciddi yanaşma kimi dəyərləndirib: 
"Medvedyevin bu cür açıqlaması Putin təbliğatının mövcud şəraitə uyğunlaşdırılmış ifadəsidir. Kreml yenə də nüvə silahına, kütləvi qırğın silah növlərindən istifadə edə biləcəyinə eyham vurur. Bu qeyri-ciddi yanaşmadır. Medvedyevin öz xarakterinə uyğun olaraq ona verilən tapşırıqdır. Bu açıqlama hədəyanlarla doludur. Həmçinin, müharibədəki məğlubiyyətləri ört-basdır etmək üçün bu kimi gedişlərlə dünya, əsasən də daxili camiyəyə belə bir mesaj ötürürlər. Amma həmin mesajların heç bir perspektivi yoxdur”. 
Rüfət Sultan