"Xəyyam” peykinin orbitə çıxarılması və İran-Rusiya münasibətlərinin gücləndirilməsi beynəlxalq ictimaiyyətə qarşı "dərin təhlükə”dir.
Qaynarınfo bu barədə "Indipendent"in fars bölməsinə istinadən xəbər
verir.
"Xəyyam” peyki kosmosa buraxıldığı günün sabahı İslam Respublikası səlahiyyətliləri onu İran daxilində istehsal olunmasıyla bağlı iddialar irəli sürəndən sonra Rusiyanın Tehrandakı səfirliyi "Xəyyam” peykinin Rusiya şirkətləri tərəfindən hazırlandığını elan edib.
ABŞ "Xəyyam” casus peykinin orbitə çıxarılmasının beynəlxalq ictimaiyyət üçün ciddi təhlükə olduğu barədə xəbərdarlıq edib.
Rusiya Dövlət Kosmik Korporasiyasının (Roskosmos) baş direktoru Yuri Borisov və İsa Zarepurun başçılığıyla İran nümayəndə heyətinin Baykonur Kosmik Bazasına səfəri barədə məlumat adıyla avqustun 9-da Rusiyanın Tehrandakı səfirliyinin sosial şəbəkə hesabı "Xəyyam” peykinin orbitə buraxılması ilə bağlı video görüntü yayıb və "Xəyyam” peykinin İran tərəfinin sifarişi ilə Rusiya şirkətləri tərəfindən hazırlandığını vurğulayıb.
Rusiyanın Tehrandakı səfirliyinin İnstaqram mesajı tez bir zamanda kiberməkanda yenidən dərc olunub və İranın dövlət mediası bu xəbəri "Rusiyanın Tehrandakı səfirliyinin iddiaları” kimi başlıqlarla dərc edib.
Rusiya səfirliyinin iddiasına üstüörtülü reaksiya olaraq hökumətin sözçüsü Əli Bahaduri Cəhrami Twitter-də yazıb: "Bir metr təsvir dəqiqliyinə malik qabaqcıl "Xəyyam” peyki İran tərəfindən Rusiya ilə əməkdaşlıq çərçivəsində hazırlanıb”.
Yerli media İranın rəsmi orqanları ilə birlikdə əvvəllər dəfələrlə bəyan edib ki, "Xəyyam” peykinin yaradılması yerli sənayenin mütəxəssisləri və alimləri tərəfindən, tam yerli biliklərə əsaslanaraq həyata keçirilib.
Aydın