Xəbər lenti

Rusiya Xəzərdə hərbi təlimlərə başladı
Dünya14:32 05.07.2016

Rusiya Xəzərdə hərbi təlimlərə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Hərbi Dəniz Qüvvələrinin 20-dən çox hərbi gəmisi taktiki təlimlər üçün dənizə çıxıblar. 

Azvision.az "İTAR-TASS"-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. 

“Təlimlərə 20-dən çox hərbi gəmi, həmçinin “Tatarıstan” raket gəmisi, “Uqliç” və “Veliki Ustyuq” kiçik raket gəmiləri, “Volqodonsk” kiçik artilleriya gəmisi, “Stupinets” raket kateri, artilleriya katerləri, reyd, təxribat əleyhinə “P-351”, “Qarçonok” kateri, eləcə də hidroqrafik xidmət və yardımçı donanmanın gəmiləri cəlb edilib”, - məlumatda bildirir.

Heyətlər yüksək hərbi hazırlıq vəziyyətinə gətirilməni, eləcə də gəmilərin təcili şəkildə döyüş hazırlığı vəziyyətinə gətirilməsinə dair tapşırıqlar yerinə yetiriblər.

Qaynarinfo.az