Xəbər lenti

Rusiya Xəzərdən Kiyevi vurdu, Putin Qərbə raket tədarükü ilə bağlı xəbərdarlıq etdi
Dünya06:49 06.06.2022

Rusiya Xəzərdən Kiyevi vurdu, Putin Qərbə raket tədarükü ilə bağlı xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya bir aydan artıq müddətdə ilk dəfə Kiyevi yenidən raketlərlə vurub.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə rəsmi Kiyev bildirib. 
Bazar günü Rusiyanın iki ucqar rayona raket zərbələrindən sonra qalxan tüstü bir neçə kilometr məsafədən görünüb. Hücum nəticəsində bir nəfər xəstəxanaya yerləşdirilib, ölənlər barədə məlumat yoxdur. 
Ukrayna zərbənin vaqon təmiri edilən əraziyə dəydiyini bildirib. Moskva isə Şərqi Avropa ölkələrinin Ukraynaya göndərdiyi tankları məhv etdiyini deyir. 
Ukrayna Dəmiryol İdarəsinin rəisi Oleksandr Kamişin dörd raketin Kiyevin şərqindəki Darnitsa vaqon təmiri müəssisəsinə düşdüyünü təsdiqləyib, lakin ərazidə heç bir hərbi texnikanın olmadığını bildirib.
Ukrayna prezidentinin müşaviri Mixayilo Podolyak Twitter hesabında bildirib ki, "Kiyevə raket zərbələri yalnız bir məqsəd daşıyır - mümkün qədər çox adam öldürmək".
TASS xəbər agentliyinin bazar günü verdiyi xəbərə görə, Putin Qərbə xəbərdarlıq edib ki, ABŞ Ukraynaya daha uzun mənzilli raketlər verməyə başlasa, Rusiya yeni hədəfləri vuracaq.
Putin deyib ki, Vaşinqton daha uzun mənzilli raketlər göndərsə, biz "indiyə kimi vurmadığımız hədəfləri vuracağıq". O, Qərb pilotsuz təyyarələrinin təsirini inkar edərək deyib ki, Rusiya onları "qoz kimi qırır”.
Nurlan Hüseynov