Xəbər lenti

Rusiya Xəzərdən Ukraynaya səkkiz raket atdı
Dünya19:53 02.08.2022

Rusiya Xəzərdən Ukraynaya səkkiz raket atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya ordusu bu gün Xəzər dənizinin şimalından Ukraynaya 8 raket atıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığı "Facebook” səhifəsində məlumat yayıb.
Məlumata görə, onlardan yeddisi vurulub.
"Ümumilikdə, X-101 (X-555) tipli səkkiz qanadlı raket Ukrayna ərazisi boyunca mərkəzi, cənub və qərb vilayətləri istiqamətində atılıb. Səkkiz raketdən yeddisi havadan vurulub. 6 raket zenit-raket qüvvələri tərəfindən, biri isə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi tərəfindən vurulub”,-deyə məlumatda bildirilir.
Atılan raketlərdən biri Lvov vilayətinə düşüb. Dağıntı və insan təlafatı barədə məlumat verilmir.