Xəbər lenti

Rusiya XİN diplomatlardan tələb etdi: Putinə qarşı çıxan ulduzları təqib edin - "Bloomberg"
Dünya11:24 01.02.2024

Rusiya XİN diplomatlardan tələb etdi: Putinə qarşı çıxan ulduzları təqib edin - "Bloomberg"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Xarici İşlər Nazirliyi diplomatlarından xaricdə olan, Vladimir Putinə qarşı çıxan və Ukraynanı dəstəkləyən məşhurları təqib etməyi tələb edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” iki mənbəyə istinadən yazır.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Xarici İşlər Nazirliyi ulduzların "dost” ölkələrdə, yəni Rusiyanı Ukraynadakı müharibəyə görə qınamayan dövlətlərdə təqib edilməsini tələb edir.
Cümə axşamı İsrailə gələn "Bi-2” qrupunun solisti Leva (Yeqor Bortnik) də Tailandda musiqiçilərin saxlanmasında Rusiya hakimiyyətinin mümkün iştirakı barədə danışıb. "Hər kəs bizə deyirdi ki, Rusiya konsulluğunun Bi-2 qrupu üçün xüsusi göstərişi var, sonda bizi Rusiyaya ekstradisiya etsinlər. Nə üçün? Özüzün yaxşı bilirsiniz”, - Bi-2 qrupunun solisti bildirib. 
Çərşənbə axşamı "Guardian” qəzeti anonim mənbəyə istinadən xəbər verir ki, Rusiya hakimiyyəti Tailand hakimiyyətinə Kremlin Rusiyaya deportasiya etmək istədiyi musiqiçilərin "qara siyahısı” göndərib.
Xatırladaq ki, cümə axşamı daha əvvəl Taylandda saxlanılan "Bi-2” qrupunun üzvləri İsrailə gəliblər. Onlardan bəzilərinin İsrail vətəndaşlığı olmasa da, bu ölkənin diplomatları musiqiçilərin Tel-Əvivə uçmasına nail olublar. Vəziyyətlə tanış olan mənbələr musiqiçilərin saxlanmasında Rusiya diplomatlarının iştirak etdiyini və qrupun Rusiyaya deportasiyasını tələb edə biləcəyini bildiriblər. Lakin Rusiya Xarici İşlər Nazirliyi bu məlumatı rəsmən təsdiqləməyib. Rusiya hakimiyyəti və təbliğatı bu vəziyyətdən istifadə edərək ölkədən qaçan rusiyalıları qorxutmaq kampaniyasını davam etdirir.
Nizami Bağırov