Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Krım körpüsünə hücumu şərh edib. O, insidentə görə "Kiyev rejimini” günahlandırıb və bunu terror aktı adlandırıb. Eyni zamanda, onun sözlərinə görə, terror aktlarının həyata keçirilməsi ilə bağlı qərar ABŞ və Böyük Britaniya kəşfiyyat xidmətlərinin iştirakı ilə qəbul edilir.
Qaynarinfo xəbər verir ki, o, bu barədə öz Teleqram kanalında
yazıb.
"Krım körpüsünə bugünkü hücumu Kiyev rejimi həyata keçirib. Bu rejim terrorçudur və beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmanın bütün əlamətlərinə malikdir. Qərarlar ABŞ və Britaniya kəşfiyyat orqanlarının və siyasətçilərinin bilavasitə iştirakı ilə Ukrayna rəsmiləri və hərbçiləri tərəfindən qəbul edilir”, - Zaxarova bildirib.
Nizami Bağırov