Xəbər lenti

Rusiya XİN: “Rus və türk hərbçiləri faciəli şəkildə həlak oldular...”
Dünya11:41 06.02.2020

Rusiya XİN: “Rus və türk hərbçiləri faciəli şəkildə həlak oldular...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriyanın İdlib bölgəsində gərginliyin və zorakılıq halları artıb. Buna səbbə əsasən "Xayat Təhrir əş-Şam” təşkilatının yaraqlılarıdır. 
Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib. Məlumatda bildirilir ki, xüsusilə deskalasiya zonasını ələ keçirərək öz təcavüzkar hücumlarını daha da gücləndiriblər. Yaraqlılar həmçinin Suriya hökumət qüvvələrinin mövqelərinə və Hələb də daxil olmaqla yaxınlıqdakı şəhərlərə hücum ediblər.
"Rusiya və Türkiyə hərbi mütəxəssisləri faciəvi şəkildə həlak olub", - açıqlamada deyilir. Hadisə yanvar ayının son iki həftəsində baş verib. Bundan başqa Rusiyanın "Xmeymim” aviabazasına dronlarından istifadə etməklə hücum cəhdləri də ara vermir.
Bu arada, 2019-cu ilin dekabr ayında yaraqlıların 1400-dən çox hücumu qeydə alınıb. Onlar tank, pulemyot, piyada döyüş maşınları, minaatan və artilleriya mərmilərindən istifadə ediblər.
 "Əslində cihadçılar İdlib de-eskalasiya zonası əhalisini girov saxlayır, bundan insan qalxanı kimi istifadə edirlər”, - Xarici İşlər Nazirliyindən əlavə ediblər.
Bununla yanaşı, Moskva Qərb ölkələrinin, ilk növbədə ABŞ-ın bir sıra açıqlamalarına diqqət çəkərək bildirib ki, onlar terroristləri "mülayim müxalifət" kimi təqdim etməyə və hərbi əməliyyatların dayandırılması bəhanəsi ilə müdafiə etməyə çalışırlar.
Alpər