Xəbər lenti

Rusiya XİN “strateji səhv”ə görə Ermənistanı hədələdi
Dünya15:15 04.09.2023

Rusiya XİN “strateji səhv”ə görə Ermənistanı hədələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva hesab edir ki, Ermənistan Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq üçün Qərbin silahına çevrilib. 
Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə Ermənistan prezidenti Nikol Paşinyanın bu ərəfədə Rusiya ilə hərbi sahədə həddindən artıq əməkdaşlığı "strateji səhv” adlandıran sözlərini şərh edərkən bildirib.
"Ermənistan Qərbin Rusiyanı sıxışdırmaq üçün silahına çevrilməməlidir” deyən mənbə Moskvanın regionu tərk etmək niyyətində olmadığını bildirib.
"Moskva Ermənistanla təhlükəsizlik və iqtisadiyyat sahəsində münasibətlərə bir ölkənin digərindən "asılılığı” kimi deyil, bərabərhüquqlu, qarşılıqlı faydalı və sübut olunmuş tərəfdaşlıq kimi baxır”, - diplomat vurğulayıb.
Xatırladaq ki, bazar günü İtaliyanın "La Repubblica” qəzetinə müsahibəsində Paşinyan "Ermənistanın təhlükəsizlik arxitekturasının 99,999% Rusiya ilə, o cümlədən silah və sursatların əldə edilməsi ilə bağlı olmasından” şikayətlənib.
Amma indi Yerevan bu "strateji səhvin” "acı meyvələrini dadıb”, Paşinyan deyib: Rusiya silah təchizatı kəsilir, çünki Ukraynanı fəth etmək üçün göndərilən orduya tank və mərmi lazımdır.
Paşinyan Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentini də tənqid edərək deyib ki, o, regionu Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizinə nəzarət etmir, baxmayaraq ki, bu, 2020-ci ildə hərbi əməliyyatların sonunda Moskva, İrəvan və Bakı arasında imzalanmış sazişlərdə göstərilib. "Niyə? İki səbəb ola bilər: ya Rusiya Federasiyası Laçın dəhlizinə nəzarət edə bilmir, ya da nəzarət etmək istəmir. Bunların hər ikisi, fikrimizcə, problemlidir”, - Paşinyan deyib.
Nizami Bağırov