Xəbər lenti

Rusiya yalnız iki halda nüvə silahından istifadə etməyə hazırdır - Rusiya XİN
Dünya16:28 02.11.2022

Rusiya yalnız iki halda nüvə silahından istifadə etməyə hazırdır - Rusiya XİN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hipotetik olaraq kütləvi qırğın silahlarının tətbiqi ilə həyata keçirilən təcavüzə və ya adi silahların tətbiqi ilə dövlətin mövcudluğu təhlükə altında olduqda Rusiya təcavüzə cavab olaraq nüvə silahından istifadə edə bilər.
Qaynarinfo bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir .
"Rusiya nüvə silahının qarşısının alınması sahəsində siyasətini həyata keçirərkən ciddi və ardıcıl olaraq qalibin ola bilməyəcəyi və heç vaxt başlamamalı olan nüvə müharibəsinin yolverilməzliyi postulatını rəhbər tutur", deyə bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, bu sahədə Rusiyanın doktrina prinsipləri çox aydın şəkildə göstərilib. Həmçinin, onların fikrincə, doktrina prinsipləri sırf müdafiəyə yönəlib və geniş şərhə imkan vermirlər.
"Rusiya nüvə silahından istifadə ilə reaksiyaya hipotetik olaraq yalnız kütləvi qırğın silahlarının tətbiqi ilə həyata keçirilən təcavüzə və ya adi silahlardan istifadə ilə dövlətin mövcudluğuna təhlükə yarandıqda təcavüzə cavab olaraq icazə verir", deyə XİN izah edib. 
Nazirlik nüvə "beşliyi”nə daxil olan digər ölkələri nüvə dövlətlərinin hər hansı hərbi toqquşmasının qarşısını almaq və bir-birinin həyati maraqlarını pozmaq üçün təhlükəli cəhdlərdən əl çəkmək üçün işləməyə hazır olduqlarını praktiki olaraq nümayiş etdirməyə çağırıb.
Nizami Bağırov