Xəbər lenti

Rusiya Yaponiyanı hərəkətə gətirdi
Dünya17:29 15.07.2013

Rusiya Yaponiyanı hərəkətə gətirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Yaponiya Hərbi-Hava Qüvvələrinə məxsus qırıcılar havaya qaldırılıb.

NHK telekanalının yaydığı məlumata görə, buna səbəb Rusiya hərbi təyyarələrinin Yaponiyanın hava məkanı, habelə Kuril adalarının yaxınlığında uçuş həyata keçirməsi olub.

Kuril adalarından dördü Yaponiya ilə Rusiya arasında ərazi mübahisəsinin predmetidir.

Yaponiya müdafiə nazirliyinin nümayəndələri bəyan edib ki, iki Tu-95 təyyarəsi Koreya yarımadasından uçaraq Yapon dənizi üzərindən keçiblər. Onların uçuş trayektoriyası Xokkaydo adasından şimal istiqamətində olub. Rusiyaya məxsus digər təyyarə - İl-20 isə Kuril adaları üzərində uçuş edib. Yaponiya müdafiə nazirliyinin rəsmiləri qeyd edib ki, Rusiya təyyarələri Yaponiyanın hava məkanını pozmayıb.