Xəbər lenti

Rusiya yaxın 10 gün ərzində - tanklar gəlməmiş Ukraynaya hücuma hazırlaşır
Dünya08:33 06.02.2023

Rusiya yaxın 10 gün ərzində - tanklar gəlməmiş Ukraynaya hücuma hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaxın 10 gün ərzində Rusiya yeni genişmiqyaslı hücuma keçməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times” nəşri Ukrayna Silahlı Qüvvələrinin adı açıqlanmayan müşavirinə istinadən yazır.
FT-nin məlumatına görə, Kiyev Rusiya Federasiyasının yeni hücuma başlamaq niyyəti ilə bağlı "çox etibarlı kəşfiyyat məlumatları” alıb.
Nəşr bütün Donbasın işğalını Rusiyanın hücumunun məqsədi adlandırır. Bildirilir ki, Rusiya ordusunun hücumu bir neçə həftədir ki, düşmənin böyük qüvvələr cəmləşdirdiyi Kremennaya və Liman şəhərlərinin ərazilərində başlaya bilər.
Bundan əlavə, FT qeyd edir ki, Kreml Donetsk vilayətinin cənubunda öz qoşunlarını artırır, Mariupol ətrafındakı yaşayış məntəqələrinə əlavə qüvvələr ötürür.
Nəşr yazır ki, Rusiya Ukrayna Qərbin tank və silahlarını almamışdan əvvəl hücuma keçmək niyyətindədir.
Anonim USQ müşaviri FT-yə bildirib ki, Rusiyanın hücumuna elit bölmələr rəhbərlik edəcək.
"Bunlar əsl mexanikləşdirilmiş briqadalardır, hətta müharibənin əvvəlində olduğundan daha az döyüşə hazır olsalar da. Onlar hava-desant və dəniz hissələrini gücləndiriblər. Bunlar avtobus sürücüləri və ya məktəb müəllimləri deyil", - mənbə bildirib. 
Nizami Bağırov