Xəbər lenti

"Rusiya yaxın illərdə kapitulyasiya və təzminat haqqında saziş imzalamayacaq"
Dünya09:01 12.11.2023

"Rusiya yaxın illərdə kapitulyasiya və təzminat haqqında saziş imzalamayacaq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya Federasiyası yaxın illərdə kapitulyasiya sazişi imzalamayacaq və Ukrayna ondan təzminat ala bilməyəcək".
Qaynarinfo xəbər verir ki, bunu Ukrayna Böhran Media Mərkəzinin İdarə Heyətinin sədri, 2015-2019-cu illərdə Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy "Radio NV"yə müsahibəsində deyib.
"Yaxın illərdə bizim Rusiya ilə kapitulyasiya sazişi olmayacaq. Bu, nə vaxtsa baş verə bilər, amma yaxın illərdə yox. Ona görə də bu şəkildə rəsmiləşdirilən kompensasiyaları unudun", deyə sabiq səfir bildirib.
Onun fikrincə, Kiyev təzminat formalarından biri olan beynəlxalq məhkəmə vasitəsilə razılığa nail ola bilər.
Eyni zamanda o qeyd edib ki, indi Ukraynanın xarici tərəfdaşlardan asılılığı böyükdür və maraqlar fərqlidir:
"Mən bərpa planını gördüm, tərəfdaşlarımız bizim metallurgiya və kimya sənayemizi inkişaf etdirmək istəyirlər... Bu pul gələcək. Məncə, bu, bir neçə yüz milyard dollar olacaq. Məncə, ən azı 500 milyard dollar. Amma kimsə hesab edir ki, bu, çox böyük puldur, yanlır. Belə deyil, bu pulları çox konkret olaraq, prioritet kimi, inkişafa yönəltmək olar ki, orada artıq inkişaf bazasına malik olmaq, ölkənin inkişafını daha da artırmaq mümkün olacaq".
Qeyd edək ki, müharibə Ukraynaya milyardlarla dollar ziyan vurub. 2023-cü ilin iyun ayına olan məlumata görə, Ukraynanın infrastrukturuna dəymiş birbaşa sənədləşdirilmiş zərərin ümumi məbləği 150,5 milyard dollar qiymətləndirilir. Oktyabr ayına olan məlumata görə, Rusiyanın hücumu nəticəsində ətraf mühitə dəymiş ümumi zərər bu gün 2 trilyon qrivna və ya 55,6 milyard avro təşkil edir.
Aydın