Xəbər lenti

Rusiya Yelenovkada törətdiyi terror aktı ilə bağlı sübutları saxtalaşdırır - MKİ
Dünya09:33 04.08.2022

Rusiya Yelenovkada törətdiyi terror aktı ilə bağlı sübutları saxtalaşdırır - MKİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya günahı Ukrayna Silahlı Qüvvələrinin üzərinə atmaq məqsədilə Yelenovkada ukraynalı hərbi əsirlərə zərbə endirilməsi ilə bağlı sübutları saxtalaşdırmağa çalışır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press” ABŞ kəşfiyyatındakı mənbələrə istinadən yazır.
ABŞ kəşfiyyatı öyrənib ki, Rusiya iyulun 29-da Yelenovkada hərbi əsirlərin ölümünə görə Ukraynanı məsuliyyətə cəlb etmək üçün saxta sübutlar yaratmağa çalışır, - kəşfiyyatla tanış olan ABŞ rəsmisi deyib.
İctimaiyyətə şərh etmək səlahiyyəti olmayan və anonimlik şərti ilə məlumatı paylaşan rəsmi bildirib ki, məxfi kəşfiyyat məlumatlarına görə, Rusiya rəsmiləri hadisə yerinə ABŞ istehsalı olan və Ukrayna tərəfinə verilən mobil orta mənzilli artilleriya raket sistemləri və ya HIMARS-a aid olan sursatlar atmaq istəyirlər ki, sonradan bunu "sübut” kimi təqdim etsinlər. 
ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya bu cür tədbirlər həyata keçirəcək, çünki onlar, əmindilər, müstəqil araşdırmaçılar və jurnalistlər sonda faciə yerinə daxil ola biləcəklər.
Nizami Bağırov