Xəbər lenti

Rusiya yubiley paradını təxirə saldı
Dünya10:48 17.04.2020

Rusiya yubiley paradını təxirə saldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Prezidenti Vladimir Putin SSRİ-nin İkinci Dünya Müharibəsində qələbə qazanmasının 75-ci ildönümü münasibətilə keçiriləcək mərasimin təxirə salındığını elan edib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb dünyada, cümlədən Rusiyada koronavirus pandemiyasının yayılmasıdır.
Qeyd edək ki, mayın 9-da Moskvada böyük parad keçirilməsi planlaşdırılırdı. Mərasimdə bir sıra ölkə liderlərini, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilirdi.
Camal