Xəbər lenti

“Rusiya öz canını Maydanda tapşıracaq”
Dünya18:29 09.02.2014

“Rusiya öz canını Maydanda tapşıracaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Maydan qələbəsinin Rusiya imperiyasının sonu olacağını deyib. 

Musavat.com-un Ukrayna mediasına istinadla verdiyi məlumata görə, Saakaşvili bu sözləri ABŞ-da Ukrayna pravoslav kilsəsinin Kiyev patriarxlığının başçısı Filaretlə görüşü zamanı söyləyib.

“Bu, həqiqətən də belədir. Vaxt gələcək, tarixçilər yazacaq ki, Rusiya imperiyası öz mövcudluğuna Kiyev Maydadında son verdi. Belə də olacaq. Xalq hökmən qalib gələcək və mən inanıram ki, bütün xalqları birləşdirən yaxşı bir aqibət və gələcək gerçəkləşəcək”, - deyə sabiq prezident bildirib. 

Musavat.com