Xəbər lenti

Rusiya Zaparojye AES-də Ukraynanın əks-hücumunu bu yolla dayandırmağa çalışacaq
Dünya10:04 02.03.2023

Rusiya Zaparojye AES-də Ukraynanın əks-hücumunu bu yolla dayandırmağa çalışacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya işğalçıları ələ keçirilən Zaporojye atom elektrik stansiyasının ətrafında təxribatlar təşkil etmək və təhlükə yaratmaqla Ukrayna Silahlı Qüvvələrinin qarşıdan gələn əks-hücumunu cilovlamağa cəhd edə bilər. 
Qaynarinfo xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.
ISW qeyd edir ki, fevralda MAQATE-nin müşahidə missiyası iştirakçılarının ZAES-ə planlaşdırılmış rotasiyasını həyata keçirməyib. Fevralın 10-da təşkilat təhlükəsizlik səbəbi ilə missiyanın tərkibini yeniləyə bilməyəcəyini açıqlayıb.
Zaporojye vilayətinin işğal olunmuş rayonlarının qaulyayteri (Alman sözü olan "Gauleiter”in etimologiyasi - Gau və Leiter birləşməsidir. Birincisi, Reyxstaq seçkilərində ərazi baxımından seçki dairələri ilə üst-üstə düşən Üçüncü Reyxin partiya rayonlarının adıdır (əvvəlcə 33 Qau, sonralar - 43). İkincisi "lider”, "rəhbər” kimi tərcümə olunur. Daha bir anlamı – Faşist Almaniyasında Milli Sosialist Alman Fəhlə Partiyasının regional səviyyədə ən yüksək partiya vəzifəsi. – Qaynar.) Vladimir Roqov martın 1-də Qərb kəşfiyyat xidmətlərini MAQATE missiyasının planlaşdırılmış rotasiyasını pozmaqda günahlandırıb.
Bu konteksti araşdırdıqdan sonra ISW analitikləri güman edir ki, Rusiya stansiyada qalan MAQATE missiyasının əməkdaşlarından girov kimi istifadə edərək beynəlxalq ictimaiyyətə stansiyanın Rusiyanın mülkiyyətini tanıması üçün təzyiq göstərmək niyyətindədir.
İnstitut hesab edir ki, "Rusiya işğalçı hakimiyyətləri həmçinin ZAES-ə qarşı təhdidləri gücləndirməklə Ukraynanın cənubunda mümkün gələcək əks-hücumunu cilovlamağa cəhd edə bilər”.
Bəs hazırda ZAES-lə bağlı vəziyyət necədir?
"Enerqoatom”un məlumatına görə, fevral ayında Rusiya gizli şəkildə Zaporojye AES-in ərazisinə Rusiyadan 600-dən çox səfərbərlikçi və kursant gətirib. Hazırda onlar bomba sığınacağında gizlənirlər ki, sonradan cəbhənin Donetsk sektorunda istifadə olunsunlar.
Zaporojye AES-də qalan ukraynalı nüvə işçiləri gətirilən Rusiya kadrlarına təlim keçməkdən imtina ediblər və işğalçılarla əməkdaşlıq etmirlər. Ruslar üçün işləməyə hazır kifayət qədər ixtisaslı kadrlar yoxdur.
Fevralın ortalarında işğalçılar Kaxovka su anbarından suyu buraxmağa başlayıblar. Suyun səviyyəsi kritik həddən aşağı düşərsə, bu, Zaporojye AES üçün mənfi nəticələrə səbəb olacaq.
Alpər