Xəbər lenti

Rusiya zədələnmiş döyüş maşınlarını təmir etməkdə çətinlik çəkir
Dünya06:58 25.07.2022

Rusiya zədələnmiş döyüş maşınlarını təmir etməkdə çətinlik çəkir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Ukraynada əməliyyat zamanı zədələnmiş minlərlə döyüş maşınının atəş xəttindən çıxarılması və təmiri üçün mübarizəni davam etdirir.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirib.
Nazirlik son brifinqində bildirib ki, Böyük Britaniya kəşfiyyatı bu yaxınlarda Rusiyanın Belqorod vilayətində, Ukrayna sərhədindən təxminən 10 km uzaqlıqda, Barvinok yaxınlığında Rusiya hərbi maşınlarının təmiri və texniki xidmət müəssisəsini aşkarlayıb. "Orada əsas döyüş tankları, zirehli personal daşıyıcıları və yük maşınları da daxil olmaqla, ən azı 300 zədələnmiş avtomobil olub", - nazirliyin açıqlamasında bildirilir.
Nazirlik həmçinin bildirib ki, Rusiya komandirləri dilemma ilə üzləşirlər. Onlar Ukraynanın güclü əks-hücum əməliyyatına hazırlaşdığı bir vaxtda müəyyən edə bilmirlər ki, Donbasın şərqindəki hücumu resursla təmin etsinlər, yoxsa Xerson kimi işğal olunmuş ərazilərdə müdafiəni gücləndirsinlər.
Nurlan Hüseynov