
Rusiyanın İvanovo şəhərində 22 azərbaycanlı saxlanılıb.
APA-nınverdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının avqustun 14-də keçirdikləri əməliyyat zamanı Rusiya Federasiyasının miqrasiya qanunvericiliyini pozan 22 Azərbaycan vətəndaşı saxlanılıb. Onlar Rusiya Daxili İşlər Nazirliyinin İvanovo şəhəri üzrə 3 nömrəli idarəsinə aparılıb.
Saxlanılan şəxslərlə bağlı inzibati qanun pozuntusu barədə protokollar tərtib olunub.