2019-cu ilin nəticələrinə görə, rusların aliment borcları 152 milyard rubl təşkil edib. Borcluların sayının azaldığı, lakin ölkədə borcun miqdarının 13% artdığı qeyd olunur.
Qaynarinfo "İzvestiya”ya istinadla xəbər verir ki, borc alanların sayı 825-dən 806 minə qədər azalıb. Borcun miqdarı isə 162 min rubldan 189 min rubla qədər artıb. 2012-ci illə müqayisədə aliment üzrə borcun miqdarı yeddi dəfə artıb.
Məhkəmə İcraçılarının Federal Xidməti hələ ki bu borc artımını izah edə bilmir. Qeyd olunur ki, hazırda 213 milyard rubl dəyərində 1,6 milyon məhkəmə işi icraatdadır.