Xəbər lenti

Rusiyada azərbaycanlı müəllimlə bağlı ittihamların saxta olduğu üzə çıxdı
Ölkə 23:33 09.10.2025

Rusiyada azərbaycanlı müəllimlə bağlı ittihamların saxta olduğu üzə çıxdı

Yekaterinburqdakı (Rusiya) 157 saylı məktəbdə ibtidai sinif müəlliminin guya uşaqlara İslamı təbliğ etdiyi barədə yayılan xəbərlərin saxta olduğu üzə çıxıb.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat yayılıb.
Məlumata görə, məktəbdə aparılan daxili araşdırma nəticəsində internetdə yerləşdirilən məlumatların saxtalaşdırıldığı müəyyən edilib.

Bildirilir ki, Amirə adlı müəllim əslən azərbaycanlı olan Rusiya vətəndaşıdır. O, dünyəvi düşüncəyə malikdir və dinlə maraqlanmır.

Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə müəllim barədə yanlış məlumatlar yayılmışdı. İddialara görə, o, uşaqlara Puşkinin əsərləri əvəzinə Quran oxuyurmuş. Lakin aparılan araşdırma bu məlumatların əsassız olduğunu təsdiqləyi

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->