Xəbər lenti

Rusiyada azərbaycanlı qadın qətlə yetirildi
Dünya06:36 11.02.2014

Rusiyada azərbaycanlı qadın qətlə yetirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Samara vilayətində 32 yaşlı azərbaycanlı qadın öldürülüb.

APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə fevralın 8-də baş verib. Samara vilayətinin Bezençukskiy rayonunun Komsomolski küçəsində yerləşən mənzildə qadın meyiti aşkarlanıb. Cəsəd aşkarlanan şəxsin adı açıqlanmayan 32 yaşlı Azərbaycan vətəndaşı olduğu məlum olub.
 
Keçirilən məhkəmə-tibbi ekspertiza nəticəsində qadının başından aldığı travma nəticəsində öldüyü aşkarlanıb. Azərbaycanlı qadının birgə yaşadığı ev sahibi cinayət hadisəsini törətməkdə şübhəli bilinib. Onun törətdiyi cinayət əməli isə qəsdən adam öldürmə kimi deyil, sağlamlığa ağır zərər vurmaqla ölümə səbəb olmaq maddəsi kimi tövsif edilib.


Qaynar.info