Xəbər lenti

Rusiyada azərbaycanlı vəkilin üstünə nəcis atanlar hadisədən danışdı
Dünya12:14 02.10.2020

Rusiyada azərbaycanlı vəkilin üstünə nəcis atanlar hadisədən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mixail Efremovun keçmiş vəkili Elman Paşayevə hücum edərək üstünə nəcis bulaşdıran aktivistlər onun paltarlarını korlamağı planlaşdırmadıqlarını deyib.

Qaynarinfo MK-ya istinadla xəbər verir ki, onların sözlərinə görə, "Oskar"ın vəkilini "açıq yalanına” görə "mükafatlandırmaq” niyyətində olublar. Təcavüzkarlar deyib ki, bu vaxt təsadüfən termosda nəcis aparan bir gənc pilləkəndən sürüşüb və nəticədə, nəcis Paşayevin üstünə tökülüb.

Aktivistlər Paşayevə ziyan dəymiş kostyumun əvəzini ödəməyə hazır olduqlarını da açıqlayıblar.

Qeyd edək ki, hücum Moskvanın Zubovski bulvarında "Russia Today" binası ərəfəsində törədilib. Paşayev oraya "360" telekanalının nümayəndələri ilə "Efremov işi"nin "sifarişçiləri" ilə bağlı söhbət etmək üçün gəlibmiş.

Alpər