Xəbər lenti

Rusiyada azərbaycanlılar arasında dava: ölən və yaralılar var
Dünya06:50 29.08.2015

Rusiyada azərbaycanlılar arasında dava: ölən və yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sankt-Peterburqda Apraksin dvor bazarında azərbaycanlılar arasında dava olub. Azvision.az "Rosbalt"a- istinadən xəbər verir ki, dava zamanı bir nəfər həlak olub, iki nəfər isə xəsarət alıb.
Məlumata görə, münaqişə bazara gələn müştərilər azərbaycanlılar arasında başlayıb, daha sonra isə insident iştirakçıları bıçağa əl atıb.
Təhdidlərdən sonra münaqişə tərəflərindən biri rəqibinin sinəsindən bıçaq ilə vurub.
Aldığı zərbədən yerə yıxılan kişi, rəqibinə bıçaq yarası vura bilib. 
Hadisə zamanı hər iki iştirakçı xəsarət alıb, onlardan biri təcili tibbi yardım maşınında keçinib, digəri isə xəstəxanaya çatdırılıb.
Qaynar.info