
Ötən gün saat 19.30 radələrində Rusiyanın Sankt-Peterburq şəhərindəki Dimitrov küçəsində kafelərin birində azərbaycanlıların iştirakı ilə kütləvi dava olub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, polis davada iştirak edən 15 nəfəri tutub.
Davada 4 nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Polis hadisə yerindən bıçaq, tapança, taxta parçası, beysbol ağacı, ov tüfəngi və soyuq silahlar tapıb. Araşdırmalar zamanı insidentin milli zəmində olmadığı müəyyən olub.
Qeyd edək ki, polis ərazini nəzarətə götürüb.