Xəbər lenti

Rusiyada barıt zavodunda yanğın baş verib, ölənlər var
Dünya19:54 22.10.2022

Rusiyada barıt zavodunda yanğın baş verib, ölənlər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Perm şəhərində yerləşən barıt zavodunda yanğın baş verib.

Qaynarinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, bölgənin fövqəladə hallar xidməti yanğın nəticəsində iki nəfərin öldüyünü, bir zərərçəkənə tibbi yardımın göstərildiyini bildirib.

Hadisə plastikdən hazırlanmış binada baş verib. Yanğınsöndürənlərin yanğını 20 kvadratmetr sahədə lokallaşdırdığı bildirilir.

Qeyri-rəsmi məlumatlara görə, dağıntılar altında 4 nəfər qalıb.