"Lenfilm” kinostudiyası etiraf edib ki, xarici avadanlıq olmadan film çəkə bilməz.
Studiya prezident Vladimir Putinin göstərişi ilə yerli filmlərin çəkilişi üçün məhsulların analoqunu
tapmayıb.
"Lenfilm” hesab edir ki, müvafiq rus avadanlığının tam olmaması səbəbindən film istehsalında idxalı əvəz etmək hələ də mümkün deyil.
Qaynarinfo bu haqda RBC-ya istinadla
yazır.
Sənəddə qeyd olunur ki, "film istehsalı xidmətlərinin istehlakçıları avadanlığın keyfiyyətinə yüksək tələblər qoyurlar” və onlar tərəfindən Rusiya məhsullarına tələbat yoxdur.
Kino bazarının nümayəndələri əlavə ediblər ki, çəkiliş prosesi 100% xarici istehsal avadanlıqları əsasında aparılır. Eyni zamanda, "Lenfilm”in baş direktoru Fyodor Şerbakov qeyd edib ki, çəkiliş qruplarının kifayət qədər xaricdən gətirilən avadanlıq ehtiyatı var.
Öz növbəsində, "Non-Stop Production” şirkətinin baş prodüseri Sergey Melkumov sovet texnologiyasını sonuncu dəfə "1989-cu ildə” gördüyünü bildirib. Onun sözlərinə görə, "Rusiya istehsalını qurmaq olar, lakin bunun üçün çoxlu pul və uzun illər tələb olunacaq”.
Alpər