Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin hesab edir ki, keçmiş müstəmləkəçilər, o cümlədən ABŞ, Böyük Britaniya və Fransa Afrika ölkələrinə dəyən ziyanı kompensasiya etməlidir. O, BMT-ni məsələyə baxmağa çağırıb.
Qaynarinfo xəbər verir ki, o bu barədə Teleqram-da
yazıb.
"BMT Afrika qitəsi xalqlarına vurduqları zərərə görə ilk növbədə ABŞ, Böyük Britaniya və Fransa tərəfindən təzminat ödənilməsi məsələsinə baxmalıdır. Afrikanın təkcə öz sərvətlərinə müstəqil sərəncam vermək deyil, həm də müstəmləkəçilərin vurduğu zərəri ödəmək hüququ var”, - deyə Volodin yazıb.
Dövlət Dumasının spikeri hesab edir ki, Birləşmiş Ştatlar və Avropa ölkələri qul ticarəti vasitəsilə Afrikanı "tükəndiriblər”. Onun fikrincə, bu dövlətlərin maraqları "yoxa çıxmayıb”, amma üsullar dəyişib. Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya və Fransa "Afrikanın qızıl, platin, uran, kritik minerallar və nadir torpaq metalları yataqlarını viran qoymağa davam edir”, o, həmçinin qeyd edib ki, dəniz limanları və bir çox mədən müəssisələri "neomüstəmləkiçilərin” əlindədir.
Rusiya parlamentinin aşağı palatasının spikerinin sözlərinə görə, beynəlxalq korporasiyalar "özlərinə faydalı olan tənzimləməyə görə aqressiv lobbiçilik etməkdə” davam edir və "Afrika xalqının maraqlarını və ətraf mühiti qorumaq üçün istənilən təşəbbüslər xarici təzyiq altında zəiflədilir". Volodinin fikrincə, bir çox Afrika ölkələrinin iqtisadiyyatı 60 ildir ki, "Qərb ölkələrinin neomüstəmləkəçə təsiri nəticəsində” azalır və ya artmır. "Bu, yoxsulluğa və suverenliyin itirilməsinə gətirib çıxarır" deyə spiker bildirir.
Nizami Bağırov