Rusiyada casusluğa görə həbs edilən amerikalı Pol Uilan cərimə təcridaxnasından (ŞİZO) çıxarılıb.
Qaynarinfo-nun Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, Pol Uilanın qardaşı Devid Uilan bildirib ki, onun hansı səbəbdən ŞİZO-ya salındığı barədə məlumatlı deyil. Onun sözlərinə görə, qardaşı cərimə təcdirdanasından cümə axşamı, ya da cümə günü çıxarılıb.
Pol Uilan bir aya yaxındır ki, ailə üzvləri və vəkili ilə əlaqə saxlamayıb. O, həmçinin ABŞ-ın Rusiyadakı səfirliyinə də müraciət etməyib.
"O, heç nə olmamış kimi kamerada tək qalıb. Telefonla danışarkən çox ehyitala danışırdı”, - deyə Devid Uilan CNN-ə bildirib.
Seyid