Xəbər lenti

Rusiyada dəhşətli qəza - 3 Azərbaycan vətəndaşı öldü
Dünya16:47 02.07.2016

Rusiyada dəhşətli qəza - 3 Azərbaycan vətəndaşı öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Stavropol şəhərində baş verən yol qəzasında 3 Azərbaycan vətəndaşı vəfat edib.

Dövlət Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin məlumatına əsasən, qəza “Qafqaz” federal yolunun 296-cı kilometrliyində baş verib. Belə ki, Mineralnıe Vodı şəhərindən Nevinnomıssk istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıdan gələn “KamAz” markalı yük maşını ilə toqquşub. İlkin ehtimal kimi məsafənin düzgün seçilmədiyi göstərilir.

Qəza nəticəsində “Mercedes”də olanlar- 3 azərbaycanlı hadisə yerindəcə ölüblər. Sürücü və digər 2 sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onların arasında 15 yaşlı qızın da olduğu bildirilir.

Vəfat edən azərbaycanlıların elə bu gün sərhədi keçdiyi qeyd edilir. (Qafqazinfo)

Qaynarinfo.az