Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi (Yuqra diyarı) Dumasının deputatı Aleksandr Kolodiçin öldürülüb.
Qaynarinfo "112 Telegram" kanalına xəbər vberir ki, 58 yaşlı deputatın meyiti Yeni Moskva rayonunda tapılıb.
Deputatın meyiti Yeni Moskvadakı fərdi yaşayış evinin zirzəmisində aşkarlanıb. Cəsədin üzərində zorakılıq izləri olub.
Deputatın 55 yaşlı həyat yoldaşı isə çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Artıq bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Bu ailənin həyətində işləyən 39 yaşlı fəhlədir.
Aydın