Xəbər lenti

Rusiyada ən çox maaş alanlar - "Forbes"-in siyahısı
Dünya14:51 24.11.2016

Rusiyada ən çox maaş alanlar - "Forbes"-in siyahısı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Forbes" jurnalı "Qazprom" şirkətinin rəhbərini Rusiyada ən çox maaş alan top-menecer elan edib.

Nüfuzlu mətbuat orqanı hər il ən çox maaş alan Rusiya şirkətlərinin rəhbərlərinin siyahısını təqdim edir.

Birinci yerə illik maaşı 17.7 milyon dollar olan Aleksey Miller layiq görülüb. Aleksey "Qazprom" şirkətinin rəhbəridir. "Rosneft"-in rəhbəri İqor Seçin 13 milyon illik maaşla onu izləyir.

Bir il öncə də siyahıda Miller birinci, Seçin ikinci yeri tuturdu. Amma onların maaşları 27 milyon və 17.5 milyon dollar idi.

"Sberbank" sədri German Qref 11 milyon dollar maaşla üçüncü pillədədir.(olke.az)

Qaynarinfo.Az