Xəbər lenti

Rusiyada Əsəd dövlət mühafizəsi ilə təmin edilib?- Narışkin danışdı
Dünya18:20 14.12.2024

Rusiyada Əsəd dövlət mühafizəsi ilə təmin edilib?- Narışkin danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Suriyanın keçmiş prezidenti Bəşər Əsədə dövlət mühafizəsinin təyin olunub-olunmamasından məlumatı yoxdur.
Musavat.com xəbər verir ki, o, TASS-ın bu barədə sualını cavablandırarkən "bilmirəm” deməklə kifayətlənib.
O, Əsədin mühafizəsinin etibarlı mühafizə olunub-olunmaması barədə sualın ona aid olmadığını deyib.
"Bu, mənə aid olan sual deyil”,-deyə Sergey Narışkin bildirib.
Qeyd edək ki, Kreml Bəşər Əsədə sığınacaq verməyin şəxsən Rusiya prezidenti Vladimir Putinin qərarı olduğunu açıqlamışdı.
Hazırda Əsəd və ailə üzvləri Moskvadadır.