Xəbər lenti

Rusiyada fəaliyyətini davam etdirən şirkətlər Ukraynada 50 faiz artıq vergi ödəyəcək
Dünya16:42 01.04.2022

Rusiyada fəaliyyətini davam etdirən şirkətlər Ukraynada 50 faiz artıq vergi ödəyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada fəaliyyətini davam etdirən beynəlxalq şirkətlərə Ukraynada tətbiq olunan vergilərin məbləği 50 faiz artırılacaq. 
Qaynarinfo xəbər verir ki, Ali Rada artıq Rusiyada törəmə şirkətləri fəaliyyətini davam etdirən beynəlxalq şirkətlərin Ukraynada vergiyə cəlb edilməsi zamanı korporativ gəlir vergisi, ekoloji vergi, icarə haqqı və əmlak vergisi dərəcələrinə 1,5 əmsalın tətbiqi haqqında qanun layihəsini əsas kimi qəbul edib.
Bu barədə "Xalqın qulluqçusu” fraksiyasından olan xalq deputatı, Ukrayna Ali Radasının Maliyyə, Vergi və Gömrük Siyasəti Komitəsinin rəhbəri Daniil Getmantsev "Telegram"da məlumat verib.
Aydın