Rusiya Federal Gömrük Xidmətinin (FGX) şöbə müdiri general-leytenant Aleksandr Kizlıkdan təqribən 600 min avro, 600 min dollar (540 min avrodan çox), habelə bahalı saat və zərgərlik əşyaları götürülüb. Axtarış zamanı qızıl külçələr də tapılıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Kizlıkın məhkəmədə işini aparan müstəntiq məlumat verib.
Müstəntiq məhkəmədən Kizlık barədə həbs-qəti imkan tədbiri seçməsini istəyib. Onun sözlərinə görə, əks halda Kızlık istintaqdan gizlənə bilər.
Bundan əlavə, istintaq generalın pul vəsaitlərinin qaçaqmalçılığı ilə məşğul olan şəxslərin məsuliyyətdən yayınmasına kömək etdiyini müəyyən edib. Pulun Rusiyaya gətirildiyi və ya ölkədən çıxarıldığı hələ məlum deyil. Kizlık özünü günahkar hesab etmədiyini deyib.
Onu vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə 10 ilə qədər həbs cəzası gözləyir. Müavini Aleksey Serebronun da eyni müddətə həbs cəzası alacağı gözlənilir.
Bir qədər əvvəl onlar həbs edilib.
Alpər